...Deyilənlərə görə, müharibə, insanlar və cəmiyyətlər üçün fəlakətlə eyni bir mənanı daşıyır. Yəni bu qorxu, narahatlıq, təşviş, xaos kimi bir çox mənfi hiss ilə assosiasiya təşkil edir. Məhz bu səbəbdən də birbaşa olaraq insanların psixi sağlamlığına təsir göstərir.
Belə travmatik təsirlər, insanlarda fiziki və psixoloji problemlərin ortaya çıxmasına səbəb olur. Əxlaqi dəyərlərinə də zərər verir. Yəni, insanların gələcək həyatında mənfi nəticələrə gətirib çıxarır.
Budur, SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Ukraynaya qarşı genişmiqyaslı müharibə iştirakçıları Rusiyanın regionlarında azı 240 nəfərin ölümünə səbəb olublar.
Qeyd edilməlidir ki, bu barədə məhkəmə statistikasını təhlil edən “7x7” nəşri məlumat yayıb.
O da qeyd edilməlidir ki, jurnalistlər yalnız qətllə bağlı beş cinayət maddəsi üzrə hökmü təsdiqlənmiş halları nəzərə alıblar. Əslində isə ümumilikdə 225 belə hökm çıxarılıb. Həmçinin, hesablamalarda əsgər yoldaşlarının qətli ilə bağlı Novocherkassk Hərbi Qarnizonu Məhkəməsinin çıxardığı 17 hökm nəzərə alınmayıb.
“7x7” araşdırması adam öldürmə, özünümüdafiə həddini aşan adam öldürmə, ehtiyatsızlıqdan ölümə səbəb olma, sağlamlığa ağır zərər vurma üzrə cəzaları əhatə edir narkotik maddələrdən istifadə etmək...
Bəzi hallarda əsgərlər qətllə bağlı maddələrlə yanaşı, zorlama və quldurluq maddələri ilə də ittiham olunurlar.
Hələ ki, Rusiyanın 62 rayonun sakinləri Ukraynaya qarşı müharibənin iştirakçılarının qurbanı olub.
Hərbçilər təkcə qohumlarını və dostlarını deyil, təsadüfi insanları da öldürüblər: yoldan keçənləri, təqaüdçüləri və hətta uşaqları belə...
Ölənlərin ən çoxu Krasnodar diyarı və Kostroma vilayətində olub - hər biri 14 nəfər.
“7x7” qeyd edir ki, məhkəmələr Ukraynaya qarşı müharibədə iştirakını yüngülləşdirici hal kimi, orada alınan mükafat və sertifikatları isə yaxşı reputasiya əlaməti hesab edirlər.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə