Hakan Fidan bu halda Fələstinə gedə bilər

Türkiyənin xarici işlər naziri Hakan Fidan Fələstinə səfərinin mümkünlüyünü istisna etməyib. SİA xəbər verir ki, o, bu barədə Fələstin televiziyasında bildirib. Xarici İşlər Nazirliyinin rəhbərinin sözlərinə görə, o, Fələstinə səfər etmək istəyir. O qeyd edib ki, məqbul şərait yaradılarsa, Fələstinə səfər tamamilə mümkündür. Fevralın 9-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ administrasiyasının Qəzza zolağı ilə bağlı təkliflərini diqqətə layiq olmayan adlandırıb . Fevralın 3-də Hakan Fidan bildirib ki, Türkiyə hakimiyyəti Qəzza zolağında azad edilmiş fələstinli məhbusların bir qismini qəbul etməyə hazırdır.

Bütün xəbərlər Facebook səhifəmizdə