…Bu gün Yer kürəsində iqlim dəyişir və bu, qütb buzlarının əriməsinə gətirib çıxarır. Bu baxımdan, megatsunami riskləri artır, dalğalar 20 mərtəbəli binanın hündürlüyünə çata bilər.
SİA xatırladır ki, meqatsunamilər böyük həcmdə suyun qəfil və kütləvi hərəkəti nəticəsində yaranan böyük dalğalardır. Çox vaxt bu, okeana düşən böyük buz parçaları səbəbindən baş verir.
Dalğalar 150 metr hündürlüyə çata və çox böyük sürətlə hərəkət edə bilər.
Son 10 ildə Dünya Okeanında suyun səviyyəsi 3,8 sm artıb, bu isə o deməkdir ki, meqatsunami riski artıb.
“New Atlas” xəbər verir ki, 2023-cü ildə Qrenlandiyanın şərq sahilində, yaşayış olmayan Dixie adasını yuyan dalğa buzlaqların əriməsi nəticəsində yaranıb.
Alimlər qarşıdan gələn fəlakətlərin qarşısını necə alacaqlarını bilmirlər.
Tədqiqatçılar deyirlər ki, sağ qalmağın yeganə yolu əhalini təxliyə etməkdir.
…Maraqlıdır, hara..?
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə