Makronun Ukraynadakı Avropa qoşunları ideyası formalaşır..?

Ancaq bəzi suallar da meydana çıxır...

...Fransa prezidenti Emmanuel Makronun Rusiya Federasiyasının yeni təcavüzünün qarşısını almaq üçün Avropa ölkələri qoşunlarının Ukraynada yerləşdirilməsinin mümkünlüyü ilə bağlı təşəbbüsü təhlükəsizliyin yeganə təminatı ola bilməz. Burada bir çox suallar hələ də açıq qalır.

SİA-nın məlumatına görə, bunu Associated Press-ə müsahibəsində Ukrayna prezidenti Vladimir Zelenski deyib.

Ukrayna dövlətinin başçısının sözlərinə görə, Parisdən Rusiyanın təcavüzünün qarşısını almaq üçün Ukraynaya Avropa qüvvələrinin yerləşdirilməsi təklifi “formalaşır”.

Bununla belə, Zelenski qondarma Qərb ölkələrinin təhlükəsizlik zəmanətləri ideyasına şübhə ilə yanaşdığını bildirib.

O, qeyd edib ki, komandanlıq və nəzarət strukturu, qoşunların sayı eləcə də onların mövqeləri ilə bağlı çoxlu suallar qalmaqdadır.

Ukrayna prezidenti deyib ki, bu məsələ onun fransalı və amerikalı həmkarları Emmanuel Makron və Donald Tramp tərəfindən qaldırılıb.

...Mən iki liderin iştirakı ilə dedim ki, biz bunda təhlükəsizlik zəmanətinin bir hissəsi kimi maraqlıyıq, lakin yeganə təhlükəsizlik zəmanəti kimi deyil.

Ukrayna prezidenti vurğulayıb ki, “bu kifayət deyil”.
…Təsəvvür edin, kontingent var. Sual budur ki, kim idarə edir? Kim məsuldur? Rusiya zərbələri olsa, nə edəcəklər? Raketlər, eniş, dənizdən hücum, quru sərhədini keçmək, hücum. Onlar nə edəcəklər? Onların səlahiyyətləri nədir?

Bunlar Zelenskinin qaldırdığı suallardır.

Jurnalistlərin bu sualları birbaşa Makrona verib-vermədiyini soruşduqda, Zelenski onların hələ də “bu dialoq prosesində” olduqlarını qeyd edib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə