“Siti”nin stadionunda yanğın baş verdi

Bu gün, yanvarın 29-da Mançesterdə ÇL-in oyununda əvvəl “Mançester Siti”nin “Etihad” stadionunun yaxınlığında yanğın baş verib. SİA “Daily Mail”ə istinadən bildirir ki, “Etihad”ın girişindəki atribut mağazalarından biri yanıb.

Klubun mətbuat xidmətindən verilən məlumata görə, yanğın artıq söndürülüb. “Mançester Siti” stadionun girişində yerləşən ticarət köşklərindən birində yanğının baş verdiyini təsdiqləyə bilər. Hadisə yerinə Fövqəladə Hallar Xidməti cəlb olunub və yanğın söndürülüb. Bu axşamkı matçda iştirak edən hər kəsin təhlükəsizliyi bizim əsas prioritetimizdir və buna görə də, Qərb tribunasında planlaşdırılan bütün tədbirlər ləğv edildi”, – deyə klubdan bildirilib. “Siti” – “Brügge” matçı Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə