Avropa İttifaqı (Aİ) Ukraynaya humanitar yardım və Moldovada ukraynalı qaçqınlar üçün həyata keçirilən layihələrə 148 milyon avro ayırıb. SİA xəbər verir ki, bu barədə Avropa Komissiyasının məlumatında bildirilib.
Qeyd edilib ki, bununla da Avropa İttifaqının humanitar yardımı 1,1 milyard avroya çatıb.
“Müharibə Ukraynanı viran etməkdə davam etdiyindən, təxminən 12,7 milyon insanın təcili yardıma ehtiyacı var”, - deyə məlumatda deyilir.
Ukraynada humanitar layihələrə 140 milyon avro ayrılıb. Maliyyələşdirmə ərzaq, sığınacaq, təmiz su, səhiyyə və qış vaxtı mühafizə də daxil olmaqla, təcili yardıma yönəldiləcək. Əsas prioritetlər Ukraynanın müharibədən güclü zərər çəkmiş bölgələrində həssas əhali qruplarının dəstəklənməsidir.
Moldovada humanitar layihələrə isə 8 milyon avro ayrılıb. Dəstəyin əsas məqsədi ukraynalı qaçqınlara və onları qəbul edən Moldova icmalarına yardımın göstərilməsidir.
Bütün xəbərlər Facebook səhifəmizdə