Almaniya Ukraynaya yerli istehsalı olan ilk qabaqcıl haubitsalarını təhvil verib. SİA xəbər verir ki, bunu Almaniyanın müdafiə naziri Boris Pistorius deyib. Nazir yeni uzaqdan idarə olunan RCH 155 tipli haubitsaların hansı məqsədlərlə istifadə olunacağını belə şərh edib: "Rusiya və Ukraynaya müharibəsinin dördüncü ili başa çatmaq üzrədir və bu gün biz çox güclü mövqedəyik. Mesajımız ondan ibarətdir ki, Ukrayna bizə arxalana bilər, Avropa öz öhdəliklərini yerinə yetirməyə hazırdır”.
Almaniyalı nazir əlavə edib ki, 420-dən çox ukraynalı əsgər son vaxtlar Almaniyada təlim keçib.
Bütün xəbərlər Facebook səhifəmizdə