“Vaşinqtonun Kiyevə dəstəyi Rusiya ilə nüvə qarşıdurması riski yaradır”. SİA xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden xarici siyasətlə bağlı yekun çıxışında deyib. “Mənim iki məqsədim var idi: Ukraynanın müdafiəsi üçün dünyanı birləşdirmək və iki nüvə dövləti arasında müharibədən qaçmaq. Hər ikisinin öhdəsindən gəldik”, - deyə Bayden qeyd edib. O vurğulayıb ki, ABŞ və müttəfiqləri Ukraynaya dəstəkdən əl çəkə bilməzlər və Kiyevə yardımı davam etdirməlidirlər. “Daha çox iş görmək lazımdır. Biz təkcə Avropada deyil, Asiyada ilk dəfə olaraq Ukraynanı dəstəkləmək üçün 50 ölkəni birləşdirdik”, - deyə ABŞ lideri diqqətə çatdırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə