Suriyanın yeni hakimiyyət orqanları Berbokun şəklini retuş edib

Suriyanın yeni hakimiyyət orqanlarının nümayəndələri Almaniyanın xarici işlər naziri Annalena Berbokun Dəməşqdəki görüşdən fotolarını retuş edib.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə Suriyanın yeni rəhbərliyinin sosial şəbəkələrdə dərc etdiyi şəkilləri tədqiq edən N-tv kanalı məlumat yayıb.

Berbokun fotodakı şəkli elə bulanıqlaşıb ki, o tanınmaz hala düşüb.

Bundan başqa, naziri müşayiət edən iki tərcüməçi də retuş edilib.

N-tv bildirir ki, “Suriyanın yeni rəhbərliyinin xaricdən olan nüfuzlu qadın siyasətçilərlə münasibətdə böyük problemləri var”.

Xatırladaq ki, Berbok yanvarın 3-də fransız həmkarı Jan-Noel Barrault ilə birlikdə Dəməşqə səfər edib.

Suriya paytaxtının hava limanında qəbul edən tərəfin nümayəndələri onunla əl sıxışmayıblar. Daha sonra Dəməşqdə hakimiyyətə gələn silahlı qrupların lideri Əhməd əş-Şaraa da belə edib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə