ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Qrenlandiyanı ABŞ-a birləşdirmək planlarının həyata keçirilməsi NATO-nu məhv edə bilər.
SİA-nın məlumatına görə, bunu The Hill yazır. Qrenlandiyanın Danimarkanın etirazları ilə ABŞ-a birləşdirilməsi NATO üçün fəlakətli nəticələrə səbəb ola bilər, çünki Danimarka da hərbi blokun üzvüdür.
Bunu isə The Hill-ə istinadən RİA Novosti xəbər verir.
Hadisələrin bu cür cərəyan etməsi alyansı məhv edə bilər, çünki aparıcı qüvvə digər üzvün ərazi bütövlüyünü poza bilməz.
Dekabrın sonunda Tramp Kanadanı ABŞ-ın 51-ci ştatı olmağa dəvət etdi, o, eyni zamanda Panama kanalını ABŞ-ın nəzarətinə qaytarmaqla hədələdi və ABŞ-ın Qrenlandiya üzərində nəzarətinə ehtiyac olduğunu bildirdi.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə