Qoyulan qadağaya yenidən baxılmasını təklif edilib

...Avropa Parlamentinin ən böyük siyasi partiyası olan Avropa Xalq Partiyası 2035-ci ildən sonra daxili yanma mühərrikli yeni avtomobillərin satışına qadağa daxil olan Avropa İttifaqının iqlim siyasətinə yenidən baxılmasını təklif edib.

SİA xəbər verir ki, Avropa Xalq Partiyası məlumatına görə, Avropa avtomobil sənayesi Çin istehsalçılarının rəqabəti və elektromobillərin aşağı satışları səbəbindən təzyiq altındadır. Avropa Avtomobil İstehsalçıları Assosiasiyasının (ACEA) prezidenti Luca de Meo bildirib ki, cari CO2 emissiyalarına məhdudiyyətlər 15 milyard avroya qədər cərimələrə səbəb ola bilər ki, bu da Avropa avtomobil sənayesinin inkişafına investisiya imkanlarını əhəmiyyətli dərəcədə azaldacaq.

Partiya həmçinin 2025-ci ildə qüvvəyə minən CO2 emissiya limitlərinin yumşaldılmasını və ya onları 2027-ci ilə daşımağı təklif edib. Bununla belə, Avropa İttifaqının iqlim üzrə rəhbəri Vopke Hoekstra əvvəllər qeyd edib ki, bu cür qaydalar proqnozlaşdırıla bilən investisiya mühiti yaradır və bir çox şirkətlər artıq hədəflərinə çatmaq yolundadır.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə