ABŞ-ın müdafiə naziri Lloyd Ostin ilə ukraynalı həmkarı Rustem Umerov arasında telefon danışığı olub. SİA xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibi Patrik Rayder bildirib.
Məlumata görə, tərəflər hərbi əməliyyatların dinamikası və ABŞ-ın Ukraynaya yardımını da müzakirə ediblər.
Pentaqon, həmçinin Ukraynada orta mənzilli ballistik raketin istifadəsini pisləyib.
Bundan əlavə, ABŞ Kiyevə 725 milyon dollarlıq yeni hərbi yardım ayırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə