...Rusiyanın nəzarətində olan Krımın Ali Məhkəməsi Rusiya təhlükəsizlik qüvvələrinin casusluqda ittiham etdiyi Yaltada yaşayan Ukrayna vətəndaşını 17 il müddətinə azadlıqdan məhrum edib.
SİA xəbər verir ki, bu barədə Rusiya Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, məhkumun 2021-ci ilin dekabrından 2022-ci ilin oktyabrınadək Rusiya Silahlı Qüvvələrinin şəxsi heyətinin və texnikasının yerləşdiyi yerlər və hərəkətləri haqqında məlumat toplayıb və Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinə təhvil verdiyi bildirilir.
Rusiya mətbuatının yazdığına görə, cinayət işinə qapalı məhkəmə iclasında baxılıb, çünki “iş materiallarında dövlət sirri təşkil edən məlumatlar var”.
Məhkumun adı və soyadı qeyd olunmur, onun ictimai şərhi yoxdur. Rusiya mətbuatının elan olunmuş hökmün təfərrüatlarını və Baş Prokurorluğun dərc etdiyi videonu şərhinə əsasən, çox güman ki, söhbət 42 yaşlı Ukrayna vətəndaşı Yevgeni Melniçukdan gedir.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə