...Və bu arada Vladimir Putin Dövlət Dumasına Rusiya Federasiyası ilə Şimalı Koreya arasında “hərtərəfli strateji tərəfdaşlıq haqqında” müqavilənin ratifikasiyası üçün qanun layihəsi təqdim edib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə bazar ertəsi, oktyabrın 14-də Rusiyanın “Meduza” nəşri yazıb.
Xatırladaq ki, bu saziş iyunun 19-da Pxenyanda Vladimir Putin və Kim Çen In tərəfindən imzalanıb.
Qeyd olunur ki, onun bəndlərindən biridə Şimalı Koreyanın Rusiya tərəfində Ukraynaya qarşı müharibəyə girməyə imkan verir.
Lakin bunun üçün Rusiya özü “müharibə vəziyyətində” olmalıdır.
Amma maraqlıdır ki, Rusiya hakimiyyətinin fikrincə, guya o, bu gün heç kimlə müharibə aparmır.
Qeyd edilməlidir ki, bunu “Meduza” yazır.
Yeri gəlmişkən, oktyabrın 14-də Ukrayna prezidenti Vladimir Zelenski kəşfiyyat məlumatlarından sonra Şimali Koreyanın müharibəyə “faktiki daxil olduğunu” açıqlamışdı.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə