''Müxtəlif silahlara ehtiyacımız var''

Ukrayna prezidenti Volodimir Zelenski torpaqlarını Rusiyaya qarşı müdafiə etmək üçün hava hücumundan müdafiə sistemlərinə, təyyarələrə və uzaqmənzilli raketlərə ehtiyacları olduğunu bildirib.
SİA-nın əldə etdiyi məlumata görə, Volodimir Zelenski onlayn qaydada keçirilən Ukrayna-NATO Şurasının iclasında çıxış edib.
Rusiyanın Ukraynanın müxtəlif şəhərlərinə davamlı olaraq hücum etdiyini deyən Volodimir Zelenski ilin əvvəlindən etibarən Ukrayna ərazisinə təxminən 1200 raket atıldığını və 1500 pilotsuz uçuş aparatının (PUA) göndərildiyini bildirib.
Volodimir Zelenski deyib:"Müdafiə üçün azı 7 ''Patriot'' və buna bənzər hava hücumundan müdafiə sistemlərinə ehtiyacımız var. Bunlar bir çox insanın həyatını xilas edə bilər və həqiqətən vəziyyəti dəyişə bilər. Sizdə bu sistemlər var. Əsgərlərimizin əlində nə qədər uzun mənzilli silahlar varsa, sülh də bir o qədər yaxındır. Rusiya Hərbi Hava Qüvvələrini məğlub etmək üçün kifayət qədər təyyarəyə ehtiyacımız var''.

Bütün xəbərlər Facebook səhifəmizdə