Qərb qoşunlarını Ukraynaya döyüşməyə göndərir?

Makron Yelisey sarayında görüşə çağırır...

Onu necə deyirdilər, hə,..dilim-dilim olasan dilim, amma?..

...Deməli, Yelisey sarayında Fransa parlamentində təmsil olunan partiyaların liderləri Ukraynadakı vəziyyətə həsr olunmuş iclasa toplanır.

“Le Fiqaro” qəzetinin yazdığına görə, Qərb ölkələrinin tənqidləri ilə üzləşən Fransa prezidenti Emmanuel Makron Ukraynaya hərbi personalın göndərilməsi məsələsini bütün siyasi qüvvələrlə müzakirə etmək istəyir.

Deyilənlərə görə, iclas martın 7-də, cümə axşamı səhər saatlarında baş tutacaq?

...Xatırladaq ki, fevralın 26-da Parisdə 20 Avropa liderinin görüşü baş tutub. Daha sonra Makron Ukraynaya qoşun yeritmək imkanını müzakirə etdiklərini, lakin ortaq qərarın olmadığını bildirib.

Belə ki, Litva bu ideyanın müzakirəyə dəyər olduğunu, Kanada isə öz qoşunlarını döyüşməyə yox, ukraynalı döyüşçülərə təlim keçmək üçün göndərməyə hazır olduğunu bildirib.

Maraqlıdır ki, bu arada Makron hələ də bəyanatından geri çəkilməyib. O, jurnalistlərə bildirib ki, bu mövzuda dediyi hər söz balanslı və düşüncəli olub.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə