Prezident Ərdoğanın Birləşmiş Millətlər Təşkilatının 78-ci Baş Assambleyasında çıxışı Türkiyenin xarici siyasətinin qlobal və regional prioritetlərini nümayiş etdirdi. Qlobal və regional güc rəqabətinin və qlobal qeyri-müəyyənliklərin artdığı, Türkiyənin regional geosiyasi mühitinin təhlükəsizlik böhranları ilə formalaşdığı bir vaxtda Türkiyə prezident Ərdoğanın rəhbərliyi ilə xarici siyasətini yenidən formalaşdırmalıdır.
Prezident Ərdoğanın 2023-cü ilin mayında keçirilən seçkilərdəki qələbəsindən sonra xarici siyasət üçün təyin etdiyi istiqamət yeni dövrün necə formalaşacağına dair aydın ipuçları verdi. Ərdoğanın xarici siyasət paradiqmasının mərkəzində Türkiyənin strateji muxtariyyətini möhkəmləndirmək və bununla da “Türkiyə oxu” kimi ifadə edilən böyük strategiya hədəfinə nail olmaq dayanır. Türkiyə oxunun məqsədi ölkəni dəyişən beynəlxalq sistemin qlobal gücünə çevirməkdir. Başqa sözlə, bu hədəf Türkiyəni effektiv iqtisadi, hərbi və diplomatik gücə çevirərək qlobal güc rəqabətində real oyunçuya çevirmək kimi xarakterizə edilə bilər.
Dövlət başçısı Ərdoğan xarici siyasətdə eyni vaxtda iki hədəfə çatmalıdır. Bir tərəfdən Türkiyenin qarşı-qarşıya olduğu ziddiyyətli və rəqabətli geosiyasi mühitdə Türkiyənin əsas maraqlarını qoruyacaq həssas diplomatiya həyata keçirmək, digər tərəfdən də qlobal və regional dəyişiklikləri görərək Türkiyəni dəyişməyə uyğunlaşdıracaq yeni vasitələr hazırlamaq. Türkiyə Cümhuriyyətinin 100 ili geridə qoyaraq ikinci əsrə qədəm qoyduğu bir vaxtda bu iki hədəfə eyni vaxtda nail olunması yeni strateji hədəf kimi simvolik məna daşıyır.
Bu strateji məqsəd prezident Ərdoğandan gələcək beş illik müddət ərzində həm Türkiyənin struktur transformasiyasını həyata keçirməyi, həm də bu struktur transformasiyaya uyğun regional və qlobal rol qurmağı tələb edir. Struktur transformasiya necə bir Türkiyə sualına cavab tələb edərkən, regional və qlobal rolu necə bir xarici siyasət sualını gündəmə gətirir.
Yeni konstitusiya və yeni iqtisadiyyat
Tarixən nəzər salınsa qlobal sistem transformasiyaları ilə Türkiyənin reallaşdırdığı daxili struktur transformasiyaları arasında güclü əlaqənin olduğu görülür. Bu çərçivədə Türkiyə tarixi dönüş nöqtələrində sistemli dəyişikliklərə ümumi olaraq daxildə hərtərəfli transformasiya ilə cavab verdi.
Türkiyənin struktur transformasiyasını mümkün edə biləcək ən mühüm sahələrdən biri yeni konstitusiya təşəbbüsüdür. Çünki Türkiye hazırda 1980-ci il hərbi çevrilişindən sonra çevriliş edənlərin hazırladığı konstitusiya ilə idarə olunur, baxmayaraq ki, onlarla dəyişiklik edilib. 1980 Konstitusiyası həm məzmun baxımından, həm də Türkiyənin aktual problemlərinin həllində kafi olmaması kimi bir çox problemə səbəb olur. Bu məqamda güclü ictimai-siyasi tələbin olduğunu və Türkiyənin parlament sistemindən prezident üsul-idarəsinə keçdiyini nəzərə alsaq, yeni konstitusiya strateji zərurət kimi qiymətləndirilir. Əslində prezident Ərdoğan da yeni konstitusiyanı təkcə yeni ictimai müqavilənin məqsədləri və dərinləşən demokratiya baxımından deyil, həm də qlobal dəyişikliklərlə ayaqlaşacaq bir baxış mətni kimi görür: “Ona görə də bizə lazım olan, millətimizin baxışına uyğun konstitusiya mətnidir".
Yeni konstitusiya təşəbbüsü ilə yanaşı, Türkiyənin iqtisadiyyatda ortodoksal (alternativ iqtisadiyyat) siyasətlərinə qayıtması xarici siyasətdən ayrı düşünülə bilməz. Pandemiyadan sonra qlobal iqtisadi durğunluq, Ukrayna müharibəsinin yaratdığı iqtisadi zəifliklər, qlobal miqyasda iqtisadi və texnoloji rəqabətin güclənməsi və Türkiyenin yaşadığı iqtisadi böhran Türkiyənin iqtisadi siyasətlərində yeni rol xəritəsinin yaradılmasını zəruri hala gətirdi. Türkiyə həm qarşı-qarşıya olduğu inflyasiya təzyiqindən qurtulmaq, həm də dünya iqtisadiyyatı ilə inteqrasiya edəcək rəqabətədavamlı iqtisadi model yaratmaq və ticarət həcmini genişləndirərək böyümək məcburiyyətindədir. Belə bir məqsəd geosiyasi və geoiqtisadi dinamikanın eyni vaxtda idarə olunmasını zəruri edir. Bu səbəbdən hökumətin son həftələrdə açıqladığı Orta Müddətli İqtisadi Proqram iqtisadiyyatda struktur transformasiya həyata keçirərək Türkiyenin iqtisadi zəifliklərindən xilas olmaq və dünya iqtisadiyyatındakı payını artırmaq məqsədi daşıyır.
Geosiyasi kontekst
Yeni konstitusiya və davamlı iqtisadiyyat siyasi sabitliyi həm daha möhkəm təməllər əsasında qura, həm də Türkiyənin xarici siyasətinin geosiyasi kontekstlə daha sağlam əlaqələr qurmasına şərait yarada bilər. Bu nöqtədə Türkiyenin qlobal dəyişikliyi necə şərh etdiyinə baxmaqda fayda var. Prezident Ərdoğanın BMT Baş Assambleyasındakı çıxışında vurğuladığı kimi, qlobal sistem hərtərəfli transformasiyadan keçir. Bu dəyişikliyin ən mühüm xüsusiyyəti böyük güc rəqabətinin geri qayıtmasıdır. Bu güc rəqabəti ABŞ və Çin arasında gedir kimi görünsə də, birbaşa bütün güclü ölkələrə təsir edir və onları mövqelərini nəzərdən keçirməyə vadar edir. ABŞ-Çin rəqabəti sistem səviyyəsində yaşansa da, regional alt sistemlərdə yeni ittifaq sistemlərinin yenidən formalaşmasına səbəb olur. Son zamanlar AUKUS, QUAD, BRICS və IMEC kimi yeni proseslər Türkiyədən qlobal xarici siyasət oriyentasiyası baxımından ənənəvi münasibətlər formalarını nəzərdən keçirməyi tələb edir. Qlobal sistemin dinamik olduğu belə bir mühitdə Türkiyənin yalnız geosiyasi mövqeyinə əsaslanan xarici siyasət strategiyası ilə irəliləmək əvəzinə, xarici siyasətində regional müxtəlifliyi artırması zəruridir.
Türkiyənin geosiyasi kontekstinin bəlkə də ən kritik ölçüsü onun münaqişəli və rəqabətli mühitdə yerləşməsidir. Ukraynada davam edən müharibə birbaşa Türkiyə-Rusiya münasibətlərinə təsir edir və Türkiyənin Avropa, Qərb və NATO ilə münasibətlərini yenidən formalaşdırır. Rusiya təhdidi qarşısında NATO kontekstində birləşməyə və möhkəmlənməyə çalışan Avropa Türkiyə ilə yeni münasibət qurmağa çalışarkən, Türkiyə muxtar siyasətlə bu yeni prosesə uyğunlaşmağa cəhd göstərir. Suriya və İraq kimi qonşu ölkələrdə davam edən qarşıdurma və kövrəkliklər Türkiyenin təhlükəsizliyinə üstünlük verməsini zəruri edir. Orta Şərqin böyük güc rəqabətinin kölgəsində yenidən formalaşdığı bir vaxtda Türkiyə Orta Şərqlə münasibətlərini yenidən dizayn edir. Türkiyənin G20 sammitində elan edilən IMEC layihəsinə cavab olaraq “İnkişaf Yolu” layihəsini sürətləndirmək səyi geosiyasət və geoiqtisadi dinamikanın eyni vaxtda necə işlədiyinin mühüm nümunəsidir.
Xarici siyasət, birtərəfli proseslərin deyil, qarşılıqlı əlaqənin baş verdiyi strateji sahədir. Başqa sözlə, strategiya əlaqəli olmalıdır. Çünki xarici siyasət tək oyunçulu bir sahəden daha çox, çox oyunçuların olduğu mürəkkəb sahədir. Prezident Ərdoğanın BMT sammitindəki çıxışı Türkiyənin xarici siyasətinin 360 dərəcə perspektivlə qurulduğunu və qlobal yönümlü olacağını göstərir.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Azərbaycanlı blogerin keçmiş əri alimentə görə həbs edildi
Şou-Biznes 02:02Bakı–Şamaxı yolunda avtomobil aşıb
Hadisə 00:22"Yenidən ana olmaq istəyirəm" - Hadisədən AÇIQLAMA
Şou-Biznes 15 Oktyabr 23:19Sudanda təyyarə qəzası olub - 5 uşaq həlak olub
Dünya 15 Oktyabr 23:02"Sabah"ın qapıçısı Çempionlar Liqasının rəmzi komandasında!
İdman 15 Oktyabr 22:31Rusiya Baş Konsulluğu azərbaycanəsilli repçinin həbsinə görə Qazaxıstan XİN-ə nota göndərib
Dünya 15 Oktyabr 22:19Şavkat Mirziyoyevin Azərbaycana işgüzar səfəri başa çatıb - MƏLUMAT
Siyasət 15 Oktyabr 22:03Tanya Samburska yeni STIMMA kolleksiyasının siması oldu…
Dəb 15 Oktyabr 21:52Alimlər ilk olaraq hansı heyvanlarla danışacağımızı söylədilər...
Maraqlı 15 Oktyabr 21:28Təqaüdçülərə rənglərin parlaqlığını qaytaracaq ağıllı işıq yaradılıb...
Səhiyyə 15 Oktyabr 21:06Jeep Avropanı azad edən əfsanəni canlandıracaq...
Texnologiya 15 Oktyabr 20:49Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilib...
Siyasət 15 Oktyabr 20:43Gənc çinlilər kommunizmdən üz döndərirlər...
Dünya 15 Oktyabr 20:27Alsu yenidən ana olmağa qarşı deyil...
Şou-Biznes 15 Oktyabr 20:05Ölümcül yük altında yatmaq...
Sosial 15 Oktyabr 19:51İran ordusu: Hörmüz boğazının şərqində daha bir tanker yanıb
Dünya 15 Oktyabr 19:37ABŞ-da ara seçkilər haqqında əsas faktlar...
Dünya 15 Oktyabr 19:28Putinin diplomatik marafonu uğursuz oldu...
Dünya 15 Oktyabr 19:06Tramp prezidentlikdən qazanc əldə edir..?
Dünya 15 Oktyabr 18:49Prezidentin sosial media hesablarında videoçarx paylaşılıb
Siyasət 15 Oktyabr 18:31İnsanı inandırmağın yeddi yolu..?
Sosial 15 Oktyabr 18:27“Müharibəyə çevrilmə” mərhələsi...
Dünya 15 Oktyabr 18:06Dağıstan Respublikasına yeni rəhbər seçilib
Dünya 15 Oktyabr 17:52Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşüb - YENİLƏNİB
Siyasət 15 Oktyabr 17:428 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
Sosial 15 Oktyabr 17:33Kobaxidze Ermənistana səfər edib
Dünya 15 Oktyabr 17:20Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
Dünya 15 Oktyabr 17:07Paşinyan İşçi Qrupu yaradıb...
Dünya 15 Oktyabr 17:02“Vahid məktəbli forması sosial bərabərliyin qorunmasına xidmət edir“ -FİRƏNGİZ ƏLİZADƏ
Siyasət 15 Oktyabr 16:40Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb
Hadisə 15 Oktyabr 16:35Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
Siyasət 15 Oktyabr 16:34Bakı Bəyannaməsi qəbul edilib
Siyasət 15 Oktyabr 16:34Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb - YENİLƏNİR
Siyasət 15 Oktyabr 16:32“Könüllülük gənclərin gələcək karyerası üçün mühüm imkandır“ - SOSİOLOQ DANIŞDI
Sosial 15 Oktyabr 16:26Avrasiya diplomatiyasının Bakı triumfu - ANALİZ
Siyasət 15 Oktyabr 16:25Çörəyin qiyməti qalxacaq? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 15 Oktyabr 16:20"Məktəbin öz geyim qaydaları və vahid məktəbli forması olmalıdır" - ŞEYX ƏBDÜL MAHMUDOV
Təhsil 15 Oktyabr 15:54Mərkəzi Gömrük Hospitalında Mühafizə Xidmətinin əməkdaşları üçün ilk yardım təlimi keçirilib
Səhiyyə 15 Oktyabr 15:38Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçıları üçtərəfli əməkdaşlığı müzakirə ediblər
Siyasət 15 Oktyabr 15:25Azərbaycan–Laos münasibətləri: yeni əməkdaşlıq perspektivləri - MƏQALƏ
Siyasət 15 Oktyabr 15:22Birbank Invest vasitəsilə “EmbaFinans” BOKT istiqrazlarına investisiya etmək imkanı
İqtisadiyyat 15 Oktyabr 15:20“Azərbaycanda İslam ərəb geyimi ilə deyil, milli-mənəvi dəyərlərlə yaşadılır” - ŞƏRH EDİLDİ
Siyasət 15 Oktyabr 15:10Hərbivəzifəlilərin təlim toplanışı davam edir
Siyasət 15 Oktyabr 14:51Bu ilin ilk 9 ayı ərzində ölkə ərazisində 1 100 transformator təmir olunub
İqtisadiyyat 15 Oktyabr 14:50“Azərbaycan beynəlxalq münasibətlər sistemində öz mövqeyini gücləndirir” - DEPUTAT
Siyasət 15 Oktyabr 14:40Azərbaycanın gimnastika komandası Avropa çempionatının finalına yüksəlib
İdman 15 Oktyabr 14:38Tarixin yeni dövrünü yazan və yaşadan lider TƏHLİL
Siyasət 15 Oktyabr 14:37Sahibə Qafarova və İqor Sergeyenko parlamentlərarası əlaqələri müzakirə ediblər
Siyasət 15 Oktyabr 14:37Yəmən müharibəsi necə bitəcək? - GÜNÜN SUALI
Siyasət 15 Oktyabr 14:35Bakıda AQEM-in 7-ci Zirvə Görüşü keçirilib - YENİLƏNİB - FOTOLAR
Siyasət 15 Oktyabr 14:31Gəlin qardaş-qardaşa danışaq... - OKAN MÜDƏRRİSOĞLU YAZIR
Siyasət 15 Oktyabr 14:16“Prezidentin siyasətində milli təhlükəsizlik əsas prioritetdir” - ŞƏRH
Siyasət 15 Oktyabr 14:13“Azərişıq”da elektrik enerjisi itkiləri azalır
İqtisadiyyat 15 Oktyabr 14:03AQEM: Azərbaycanın fəal çoxtərəfli diplomatiyası - DEPUTAT
Siyasət 15 Oktyabr 14:02Havanın tez-tez dəyişməsi oynaq xəstəliklərini həqiqətən aktivləşdirirmi? - HƏKİM AÇIQLADI
Səhiyyə 15 Oktyabr 14:00Azərbaycanda ilk dəfə “Oceanman” beynəlxalq üzgüçülük yarışı keçiriləcək
İdman 15 Oktyabr 13:56Qusar-Həzrə-Sudur avtomobil yolunda bərpa işləri başa çatıb
İqtisadiyyat 15 Oktyabr 13:55"Dünyaya açıq gənc nəsil yad təsirlərə qarşı ən etibarlı müdafiədir" - ŞƏRH
Siyasət 15 Oktyabr 13:55Suriyadan repatriasiya olunan 13 Azərbaycan vətəndaşının vəziyyəti öyrənilib
Hadisə 15 Oktyabr 13:53“Son 9 ay ərzində 65 kənddə elektirik xətlərinin yenilmənməsi prosesi tamamilə yekunlaşıb“
İqtisadiyyat 15 Oktyabr 13:51"Azərişıq" ASC bu ilin yanvar-sentyabr aylarında 272 892 müraciət qəbul edib
İqtisadiyyat 15 Oktyabr 13:49Payız depressiyası nədir? - ARAŞDIRMA
Sosial 15 Oktyabr 13:46“Azərbaycanın iqtisadi potensialı beynəlxalq tərəfdaşlıqları gücləndirir” - DEPUTAT DANIŞDI
Siyasət 15 Oktyabr 13:40"Azərbaycanın müstəqil siyasəti bəzi dövlətlərlə münasibətlərdə gərginlik yaradır" - ŞƏRH EDİLDİ
Siyasət 15 Oktyabr 13:36NİİM: 8 Noyabr prospektindən mərkəz istiqamətində nəqliyyat vasitələrinin hərəkəti bərpa edilib
Hadisə 15 Oktyabr 13:21BDYPİ beynəlxalq sərgidə təmsil olunur
Sosial 15 Oktyabr 13:20Prezident: Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır
Siyasət 15 Oktyabr 13:19Borca görə həbs qoyulan avtomobili satmaq və ya başqasına keçirmək olarmı? - HÜQUQŞÜNAS DANIŞDI
Sosial 15 Oktyabr 12:54“ABŞ-da aralıq seçkilər Tramp administrasiyasının siyasi gələcəyinə təsir edə bilər“ - ŞƏRH
Siyasət 15 Oktyabr 12:52Zakir Həsənov qırğız həmkarı ilə əməkdaşlığı müzakirə edib
Siyasət 15 Oktyabr 12:52Sabah Bakıda hava çiskinli olacaq
Hadisə 15 Oktyabr 12:51Dövlət əmlakının özəlləşdirilməsi və icarəsindən büdcəyə 165 milyon manatdan çox vəsait köçürülüb
İqtisadiyyat 15 Oktyabr 12:50"Vahid məktəbli forması təhsil müəssisələrində bərabərlik anlayışını gücləndirməlidir" - Aygün Bağırlı
Mədəniyyət 15 Oktyabr 12:50Azərbaycanın müdafiə naziri MDB Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edib
Siyasət 15 Oktyabr 12:45Laos üzv dövlət qismində AQEM-ə qoşulub
Siyasət 15 Oktyabr 12:44Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır - Prezident
Siyasət 15 Oktyabr 12:41Azərbaycan Prezidenti AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışıb
Siyasət 15 Oktyabr 12:40Ermənistan silah istehsalına başlayır – Paşinyan sülhü yox, silahı seçir...
Siyasət 15 Oktyabr 12:12“Azərbaycanda bank sektorunda təmərküzləşmə səviyyəsi son dörd ildə azalıb“ -ŞAHİN MAHMUDZADƏ
Siyasət 15 Oktyabr 11:59“Azərbaycanda əhalinin borc yükü 18,7 faizə yüksəlib“ -ATAXAN HƏSƏNOV
Siyasət 15 Oktyabr 11:54SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...
Sosial 15 Oktyabr 11:51Özəl xəbərlər
Digər xəbərlər“Vahid məktəbli forması sosial bərabərliyin qorunmasına xidmət edir“ -FİRƏNGİZ ƏLİZADƏ
Siyasət 15 Oktyabr 16:40“Könüllülük gənclərin gələcək karyerası üçün mühüm imkandır“ - SOSİOLOQ DANIŞDI
Sosial 15 Oktyabr 16:26Çörəyin qiyməti qalxacaq? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 15 Oktyabr 16:20"Məktəbin öz geyim qaydaları və vahid məktəbli forması olmalıdır" - ŞEYX ƏBDÜL MAHMUDOV
Təhsil 15 Oktyabr 15:54
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9067
+0,06%
-
GBP
2,2514
-0,24%
-
RUB
2,0148
-0,75%



