Xarici işlər nazirlərinin birgə iclası olacaq

Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov Rusiya, Türkiyə, Suriya və İran xarici işlər nazirlərinin birgə iclasının gündəmdə olduğunu bildirib. SİA xarici mətbuata istinadən xəbər verir ki, nazir müavini bu görüşün forması və şərtləri üzərində iş aparıldığını dilə gətirib.

Qeyd edək ki, Rusiya, Türkiyə və Suriyanın müdafiə nazirləri Suriya böhranını müzakirə etmək üçün dekabr ayında Moskvada bir araya gəlib.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə