Bu il dekabrın 5-dən 9-dək Bakıda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika İnstitutunun təşkilatçılığı, AMEA-nın rəyasət heyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun dəstəyi ilə XIV Asiya-Sakit Okean hövzəsi ölkələrinin Kvant İnformatikası elmi konfransı və seminarı (APCWQIS-2016) keçiriləcək.
AMEA-dan bildirilib ki, konfransda 50-dək yerli və xarici alimin iştirak edəcəyi və müxtəlif mövzularda mühazirələr oxuyacağı gözlənilir.
Qeyd edək ki, Asiya-Sakit Okean hövzəsi ölkələrinin Kvant İnformatikası elmi konfransı və seminarı bundan öncə Sinqapur, Koreya Respublikası, Avstraliya, Çin, İsrail, Malayziya, Tayvan və Yeni Zelandiya kimi ölkələrdə təşkil olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)


USD
EUR
GBP
RUB