Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilatçılığı "Huawei" şirkətinin sponsorluğu ilə "Bakutel-2016" beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisi çərçivəsində "Əşyaların interneti. Növbəti nəsil" mövzusunda konfrans keçirilib. SİA-nın məlumatına görə, konfransda "İKT strategiyası və Əşyaların internetinə dair planlar", "Əşyaların interneti, mühiti və marketinq təhlili" ilə bağlı yeni biznes imkanları kimi mövzular müzakirrə olunub. Rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə Azərbaycanda İKT-nin inkişafı ilə bağlı görülən işlər barədə danışıb. O deyib ki, 2020-ci ildək Azərbaycanda internetə qoşulan əşyaların sayı 50-yə çatacaq. E.Vəlizadə müasir dövrdə əşyaların internetinin inkişafının əhəmiyyətini qeyd edib.
Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi Houlin Jaon sərgi çərçivəsində Azərbaycanın milli pavilyonu ilə tanış olduğunu və bu pavilyonun onda böyük maraq yaratdığını deyib. O vurğulayıb ki, Azərbaycan milli telekommunikasiya sahəsini inkişaf etdirməlidir: "2030-cu ildək "Huawei" şirkəti ilə birgə əşyaların internetinin inkişafı ilə bağlı yeni strategiyanın hazırlanması nəzərdə tutulub. Dünya Bankı ilə birgə işlənən bu layihə üçün 540 milyard ollar sərmayə qoyulması tələb olunur. Azərbaycan hökumətinin də bu layihədə iştirakı yaxşı olardı".
Konfransda, həmçinin mobil operatorlar tərəfindən idarəetmənin təkmilləşdirilməsi, rəqəmsallaşdırma və biznes inkişaf strategiyaları müzakirə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)


USD
EUR
GBP
RUB