Hava şarına bənzəyən qeyri-adi robot

Hava şarına bənzəyən qeyri-adi robot

Meksikanın paytaxtı Mexikoda keçirilmiş IEEE-nin 2016-cı il humanoid robotları beynəlxalq konfransında çoxlu sayda yeni robot və robot-texnika sistemi təqdim edilib. Los-Ancelesdəki Kaliforniya Universitetinin "RoMeLa" laboratoriyası mütəxəssislərinin hazırladıqları BALLU robotu xüsusi marağa səbəb olub.

Dailytechinfo.org saytı xəbər verir ki, nazik ayaqlar üzərində dayanan robot helium geli ilə doldurulmuş hava şarından ibarətdir. Buna görə də o yıxılmır, hərəkət edir, hoppanır və bir neçə digər məzəli hərəkətlər edir. Robotun yeganə mənfi cəhəti küləkli günlərdə küçədə öz hərəkətlərini tənzimləyə bilməməsidir. Suyun üstündə isə robot, demək olar ki, adi vəziyyətdə olduğu kimi hərəkət edə bilir.

Qeyd edək ki, BALLU öz "çiyinləri" üzərində hər hansı ağır yükü daşımaq üçün nəzərdə tutulmayıb.

Hazırda "RoMeLa" laboratoriyasının mütəxəssisləri bu robotun dördayaqlı variantı üzərində işləyirlər. BALLU robotu yaxın gələcəkdə xüsusi hallarda kifayət qədər yüksək maneələr üzərindən tullanmaq kimi bir neçə yeni imkana malik olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə