“Airbus”un İrana 20 milyardlıq təyyarə sata biləcək

“Airbus”un İrana 20 milyardlıq təyyarə sata biləcək

ABŞ "Airbus" şirkətinin İrana 100-dən çox təyyarə satışı üçün icazə verib. Anadolu agentliyi xəbər verir ki, ABŞ-ın Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) "Airbus" şirkətinin İrana təxminən 20 milyard dollar dəyərində təyyarə satışını reallaşdırması üçün lisenziyanı təsdiqləyib.

"Airbus" İran ilə 118 təyyarə satışı üzrə razılığa gəlmişdi. OFAC "Airbus"un İrana 17 avialaynerlik ilk satışı üçün zəruri lisenziyanı sentyabrda təsdiqləyib.

Qeyd edək ki, "Airbus" öz təyyarələrinin ən az 10 faizini ABŞ-da istehsal etdiyi üçün Vaşinqtondan təsdiq almadan İrana məhsul sata bilmir.

Bütün xəbərlər Facebook səhifəmizdə