"Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin İnternet və IP-TV xidmətləri üçün "öncədən ödəmə" sistemini tətbiq etməsi abunəçilərin borclanması problemini aradan qaldırıb. SİA-nın xəbərinə görə, qurumdan verilən məlumata görə bu sistemin tətbiq olunması sentyabr ayında nəzərdə tutulmuşdu. Lakin, abunəçilərin əksəriyyətinin məlumatı olmadığı üçün, sistemi noyabr ayından tətbiq etmək qərara alınıb.
Artıq bu aydan BTRİB abunəçiləri sms məlumatlandırma, elan zəngləri vasitəsilə göstərilən xidmətlərə görə yaranan borclar haqqında xəbərdar edilib. "Öncədən ödəmə" sisteminin tətbiqi ilə abunəçi müvafiq qaydada öncədən ödədiyi məbləğə uyğun xidmət alır və verilən xidmətdə fasilə yaranmır. BTRİB xidmətlərinin dəyəri cari ay üçün həmin ayın 5-dən gec olmayaraq ödənilməlidir.
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)
.jpg)

USD
EUR
GBP
RUB