“SONY” şirkəti yeniliyə imza atıb

“PlayStation 4” konsolu üçün virtual reallıq qarniturunu təqdim edib
“SONY” şirkəti yeniliyə imza atıb

Yaponiyanın tanınmış "SONY" şirkəti "PlayStation 4" oyun konsolu üçün virtual reallıq qarniturunu satışa çıxarıb. Şirkətin bu addımının kompüter oyunları sahəsində üçölçülü texnologiyalar üzrə beynəlxalq rəqabəti gücləndirəcəyi gözlənilir. Oktyabrın 13-də "PlayStation VR" Yaponiya, ABŞ və Çin daxil olmaqla, dünyanın 42 ölkəsində satışa buraxılıb. Bu qarniturun oyun konsollarına qoşulması nəzərdə tutulur.

İstehsalçı, eyni zamanda, virtual reallıq üçün 26 oyunu da satışa çıxarıb. Bu oyunların bəzilərində oyunçulara sualtı gəzinti, bir qismində isə personajlarla söhbət təklif olunur.

Yeni məhsulun satışa çıxarılması münasibətilə çoxsaylı oyun həvəskarları şirkətin Tokiodakı mağazasına toplaşıblar. Onların bir çoxu qiyməti təqribən 430 dollar olan yeni oyunu artıq sifariş ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə