Qusarda əhalinin 57 %-i internet istifadəçisidir

Qusarda əhalinin 57 %-i internet istifadəçisidir

Qusar rayonunda bu ilin ötən dövründə daha 400 abonent internetə qoşulub. Bununla da rayonda internet istifadəçilərinin sayı 5 min 320 nəfərə çatıb. Bu isə ümumi abonent sayının 57 faizini təşkil edir. Qusar rayon telekommunikasiya qovşağının rəisi Fərhad Pirmətov bildirib ki, rayon mövcud abonentlərin internetdən istifadə faizinə görə "Aztelekom" MMC-yə daxil olan 57 qovşaq arasında birincidir.

Hazırda rayonun ucqar yaşayış kəndlərinin rabitə və multimedia xidmətləri ilə təmin olunması üçün işlər davam etdirilir. Son yeddi ayda 12 kənd elektron ATS-ində DSLAM tipli internet avadanlıqları quraşdırılıb. Bununla da Qusar rayonunda internetə çıxışı olan kəndlərin sayı 30-a çatdırılıb. Yaxın günlərdə rayonun Ləcət kənd sakinləri də genişzolaqlı internetdən istifadə imkanı əldə edəcəklər.

Cari ildə Qusarda telefon istifadəçilərinin sayı da artaraq 9 min 335-ə çatıb. Rayonda hər 100 nəfərə 10 stasionar telefon düşür.

Bütün xəbərlər Facebook səhifəmizdə