Bu banklarında robot-bankirlər çalışacaq

Bu banklarında robot-bankirlər çalışacaq

Tayvanın bir neçə bank və "Carrefour" mağazalar şəbəkəsində Yaponiyanın "Softbank Corp" şirkətinin istehsalı olan "Pepper" adlı danışan robot-bankirlər fəaliyyət göstərəcək. "Softbank Corp" 2017-ci ilin birinci yarısından özünün 60 robotunu icarəyə verməyi planlaşdırır. Aylıq icarə haqqı təxminən 836 ABŞ dolları təşkil edir.

Danışan robot-bankirlə ilk olaraq "First Financial Holding" və "Taishin Financial Holding" maliyyə şirkətlərinin, "Cathay Financial Holding" sığorta bölməsinin və "Asia Pacific Telecom" telekommunikasiya şirkətinin Tayvan ofisinin müştəriləri ünsiyyətdə ola biləcəklər. "Pepper"in yerli vətəndaşlar üçün satışı nəzərdə tutulmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə