Bu gün bir çoxları üçün anlaşılmaz olan bu elementin sirli funksiyası barədə məlumat verəcəyik. Mobil elektron qurğular son zamanlar o qədər inkişaf edib ki, hətta telefon sahiblərnin çoxu öz qadcetlərinin imkanlarının yarısını belə istifadə etmirlər. Bundan əlavə, bəzən korpusda bu və ya digər elementin təyinatı sirr olaraq qalır.
Yəqin ki, ayfon sahibləri öz aparatlarında telefonun arxasında kamera ilə işığı arasında balaca bir dəlik görüblər. Bu gün bir çoxları üçün anlaşılmaz olan bu elementin sirli funksiyası barədə məlumat verəcəyik.
Əgər diqqətlə baxsaq, görərik ki, həmin aralıq xüsusi torla bağlanıb, sanki onun arxasında dinamika gizlədilib. Əslində isə orda həqiqətən də elektron qurğu var, ancaq bu, dinamika yox, mikrofon.

Bu ikinci mikrafon onun uçundur ki, ətrafdakı səslərlə mübarizə aparsın və bizim danışığımızı kənar küylərdən təmizləsin.

Küyazaldıcı təkcə Apple firmasının qurğularında deyil, bir çox smartfonlarda var. Diqqətlə baxdıqda digər markadan olan telefonların arxa hissəsində də həmin torlu boşluqlardan görmək olar.

Küyazaldıcı mikrofonlar elə quraşdırılır ki, danışıq zamanı ağızdan bacardıqca uzaq olsun. Çünki onlar səsi deyil, ətrafdakı küyləri düzəltməlidirlər.

Beləliklə, əsas mikrafon bizim səsimizi ətrafdakı küylərlə birlikdə gücləndirir, kiçik mikrafon isə ancaq küyləri gücləndirir. Sonra bu iki siqnal əksfazada bir-biri ilə qarışır, nəticədə ancaq danışanın təmiz səsi qalır.

Bundan əlavə, arxa paneldəki mikrofon tez-tez videoçəkilişləri zamanı səsə cavabdehdir. Lakin obyektin uzaqlığına görə küyü effektiv azaltmaq mümkün olmadığından, videoda səsin keyfiyyəti telefon danışıqları zamanı olan səsin keyfiyyətindən qat-qat aşağıdır.

iPhone-un arxa planında anlaşılmaz dəliyin funksiyası bu imiş. Məlum oldu ki, bu nəzəri cəlb etməyən aralıqlar çox vacib bir funksiyanı yerinə yetirirmiş.
Bütün xəbərlər Facebook səhifəmizdə


.jpg)

USD
EUR
GBP
RUB