...Bentley ikinci nəsil Bentayga hazırlayır. Krossover əhəmiyyətli dərəcədə yenilənəcək, lakin elektrikli nəqliyyat vasitəsi olmayacaq.
Yeni Bentley Bentayga 2028-ci ildə təqdim olunacaq.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Bentley şirkətinin baş direktoru Frank-Steffen Walliser Britaniyanın Autocar nəşrinə bildirib.
O, tərtibatçıların yeni Bentley Bentayga-nı elektrikli avtomobil etmək ideyasından imtina etdiyini təsdiqləyib. Şirkət strategiyasını yenidən nəzərdən keçirib və 2030-cu ilə qədər yalnız bir elektrik modelini - daha kompakt Bentley Barnato krossoverini buraxacaq.
Frank-Steffen Walliser müştərilərin elektrikli nəqliyyat vasitələrinə keçməyə məcbur edilməməli olduğunu vurğulayıb.
Məhz buna görə də yeni Bentley Bentayga gələcək Audi Q7 və Q9-dan PPC platformasında istehsal olunacaq və 3.0 litrlik və 4.0 litrlik turbomühərrikli benzin mühərriklərini saxlayacaq.
Bu mühərriklər hazırkı Bentley Bentayga PHEV-dəkindən daha böyük batareyalara malik yeni qoşulan hibrid sistemlərin bir hissəsi olacaq.
Bununla belə, təmiz benzinlə işləyən 4.0 litrlik versiyalar da müəyyən bazarlar üçün mövcud olacaq.
Bentley Bentayga krossoveri həmçinin müasir təhlükəsizlik sistemləri dəstinə və aktiv stabilizatorlarla təkmilləşdirilmiş hava asqısına malik olduğu ilə tanınır.
Əvvəlki kimi, model standart və genişləndirilmiş komplektasiya versiyalarında təklif olunacaq.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB