Skoda-nın dizayn qrupu brendin tarixindəki ən nadir modellərdən birini yenidən təsəvvür edib.
"Icons Get a Makeover" seriyasının bir hissəsi olaraq, müasir Modern Solid dizaynında 1000 MBX kupesinin virtual konsepsiyası yaradılıb.
Orijinal model 1966-cı ildə satışa çıxarılıb və 1000 ədəddən bir qədər çox satılıb.
Bu unikal kupe arxa mühərrik dizaynı ilə seçilirdi, yəni arxa təkərli idi.
İlk baxışdan konsepsiyanı orijinal 1000 MBX-ə aid hər hansı bir istinadı ayırd etmək çətindir, lakin dizaynerlər müasir elementləri daxil edərkən fərqli kuzov formasını əks etdirməyə çalışıblar.
Virtual konsepsiyada dörd sürüşmə qapı, U formalı LED faralar və şık təkərlər var.
İçəridə dörd oturacaq, oval sükan və cihaz paneli və multimedia sistemi üçün displeyləri olan tam rəqəmsal tablo var.
Modelin ölçüsünə görə bu yaxınlarda təqdim edilən Audi TT konsepsiyası ilə müqayisə edilə biləcəyi bildirilir.
Güc aqreqatı haqqında heç bir məlumat yoxdur.
Bunun elektrikli bir avtomobil olduğunu güman etmək olar. Şirkət bu konsepsiyanın istehsal versiyasını istehsal etmək planına malik deyil və onu dizayn təcrübəsi və şirkətin zəngin tarixinin daha bir xatırlatması kimi saxlayır.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB