…JAC Motors-un Şanxay avtosalonunda təqdim etdiyi yeni RF8 miniven bu il Rusiyada peyda olacaq.
SİA xəbər verir ki, bu barədə Çin brendinin mətbuat xidməti məlumat yayıb.
JAC-dan daha hansı Şanxay yeniliklərinin Rusiyaya çatacağı məlum deyil. RF8 modeli ilə JAC yeni miniven seqmentinə daxil olacaq.
Modelin ölçüləri aşağıdakılardır: uzunluq – 5200 mm, eni – 1980 mm, hündürlüyü – 1830 mm. Təkər bazası 3100 mm-dir. JAC RF8 mikroavtobusu 252 at gücünə malik 2 litrlik turbomühərrikli benzin mühərriki aldı və 8 pilləli avtomatik transmissiya ilə işləyən 400 Nm fırlanma anı…
RF8 23,5 düymlük baş üstü ekran və 7 düymlük üzən ekran da daxil olmaqla, Huawei-nin avtomobildaxili sistemi ilə dərin inteqrasiyaya malikdir.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə