...Belarus elektromobilinin seriya istehsalı 2026-cı ildən əvvəl başlamayacaq.
SİA xəbər verir ki, bu barədə Belarus Milli Elmlər Akademiyasının Birləşmiş Maşınqayırma İnstitutunun direktor müavini Aleksandr Beleviç məlumat verib.
Onun sözlərinə görə, artıq beş sınaq nümunəsi yığılıb və hazırda onlar sınaqdan keçirilir.
Elmlər Akademiyası hesab edir ki, dizayn nöqteyi-nəzərindən Belarus elektrik avtomobili çinli həmkarlarından geri qalmır, yalnız bir göstəricidə - qiymətdə...
…Avtomobilin hədəf qiymətinin 25-30 min dollar civarında olmasını istərdik. Bu, onu çatdırmaq istədiyimiz qiymətdir və inanırıq ki, o zaman bazar üçün rəqabətədavamlı olacaq.
Bunu Beleviç bildirib və əlavə edib ki, istehlakçı üçün belə bir qiymət təyin etməyin mümkün olub-olmayacağı hələlik bəlli deyil.
…Biz bu qiymətə necə çatacağımızı öyrənmək üçün təchizatçılar və istehsalçılarla işləyirik. Çünki avtomobilimiz 40-50 min dollara başa gəlirsə, o zaman hansı dövlət dəstəyi tədbirlərini daxil edirsinizsə, o, satılmayacaq, yəni birdəfəlik məhsul olacaq.
Bunu da Beleviç bildirib.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə