Azərbaycan təmsilçisi Avstriya komandası ilə qarşılaşacaq

Azərbaycan təmsilçisi Avstriya komandası ilə qarşılaşacaq

Kişi voleybolçulardan ibarət "Murov" klubu Çağırış Kubokunda növbəti oyununu keçirəcək. Fərid Cəlalovun baş məşqçi olduğu komanda 1/16 finalda Avstriyanın “UVC Qrats” kollektivi ilə qarşılaşacaq. SİA xəbər verir ki, hər iki oyununun Bakı Voleybol Mərkəzində keçiriləcək mərhələnin ilk matçında nominal ev sahibləri kimi avstriyalılar çıxış edəcəklər.

Qarşılaşma saat 19:00-da start götürəcək.

Qeyd edək ki, 1/32 final mərhələsində Xorvatiyanın "Kitro Varazdin" komandası ilə qarşılaşmış “Murov” hər iki matçda qalib gəlib - 3:0 (25:19, 25:18, 25:20) və 3:1 (23:25; 25:18; 25:20; 25:17).

Bütün xəbərlər Facebook səhifəmizdə