PSJ doğma meydanda qalib gəlib

PSJ Fransa Liqa 1-in 13-cü turunda "Trua"nı qəbul edib.

SİA Qol.az-a istinadən xəbər verir ki, matç meydan sahiblərinin 4:3 hesablı qələbəsi ilə başa çatıb.

PSJ - "Trua" - 4:3
Qollar:
Balde, 3 (0:1), Soler, 24 (1:1), Balde, 52 (1:2), Messi, 55 (2:2), Neymar, 62 (3:2), Mbappe, 77-pen (4:2), Palaversa, 88 (4:3)

Bu nəticədən sonra Paris təmsilçisi 35 xalla (13 oyun) 1-ci pillədə qərarlaşıb. "Lans" 30 xalla (13 oyun) 2-ci, "Loryen" 27 xalla (12 oyun) 3-cüdür.

Bütün xəbərlər Facebook səhifəmizdə