Yeniyetmələr arasında reqbi festivalı keçiriləcək - FOTO

Oktyabrın 29-da Şamaxı Olimpiya Mərkəzinin stadionunda 2010-2011-ci il təvəllüdlü yeniyetmələr arasında reqbi festivalı baş tutacaq. SİA xəbər verir ki, yarışda Şuşa, Sumqayıt, Qəbələ və Şamaxı şəhərlərini təmsil edən 5 komanda iştirak edəcək. Festival ölkəmizdə fəaliyyət göstərən reqbi komandalarının oyun təcrübəsini artırmaq, həmçinin yeniyetmələr arasında Azərbaycan çempionatının keçirilməsinə hazırlıq xarakteri daşıyır.

Yarış dairəvi sistem üzrə təşkil ediləcək. Turnir iştirakçıları xüsusi diplomlarla, hər komandanın ən yaxşı oyunçuları isə hədiyyələrlə təltif olunacaqlar.

Festivalın təşkilatçıları Azərbaycan Reqbi Federasiyası və Şamaxı Olimpiya Mərkəzidir.

Bütün xəbərlər Facebook səhifəmizdə