Azərbaycanda üzgüçülük məşqçiləri üçün növbəti seminar keçiriləcək

Azərbaycanda üzgüçülük məşqçiləri üçün növbəti seminar keçiriləcək

Oktyabrın 28-29-da Azərbaycan Üzgüçülük Federasiyasının və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının birgə təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə ölkə üzrə üzgüçülük məşqçiləri üçün sayca ikinci seminar keçiriləcək. Federasiyanın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, iki gün davam edəcək seminara Olimpiya komplekslərində, Bakı və Sumqayıt şəhərlərinin üzgüçülük hovuzlarında fəaliyyət göstərən məşqçilər, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının əyani və qiyabi tələbələri dəvət olunublar. Seminarda üzgüçülük üzrə məşqçilik icazəsi olan istənilən şəxs iştirak edə bilər.

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təşkil olunacaq seminarı dünya rekordçusu macar üzgüçü Sebastyan Sabonun məşqçisi, üzgüçülük idman növü üzrə tanınmış beynəlxalq dərəcəli macar məşqçi, Azərbaycan Üzgüçülük Federasiyasının direktoru İvan Petrov aparacaq.

Sonda iştirakçılara sertifikatlar təqdim olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə