"Visla" "Legiya"nı 2:1 hesabı ilə məğlub edib

"Visla" "Legiya"nı 2:1 hesabı ilə məğlub edib

Polşa çempionatında 13-cü turun oyunları keçirilir. SİA xəbər verir ki, millimizin üzvü Anton Krivotsyukun formasını geyindiyi "Visla" (Plotsk) evdə "Legiya" (Varşava) ilə üz-üzə gəlib. Matç "Visla"nın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Anton da bu görüşün iştirakçısı olub. 24 yaşlı müdafiəçi oyuna start heyətdə başlayıb və sonadək mübarizə aparıb.

Qeyd edək ki, ​“Visla” turnir cədvəlində 24 xalla 2-ci, eyni xalı olan "Legiya" isə 3-cüdür. Sıralamaya 26 xalla "Rakov" (12 oyun) liderlik edir.

Bütün xəbərlər Facebook səhifəmizdə