Türkiyənin milli komandasında sürpriz dəyişiklik edildi

Türkiyənin milli komandasında sürpriz dəyişiklik edildi

UEFA Millətlər C Liqası 1-ci Qrupda Lüksemburq və Farer adaları ilə keçiriləcək oyunlar üçün İstanbulda toplanışa başlayan A Milli Futbol Komandasının namizəd heyətində dəyişiklik edilib. SİA xəbər verir ki, Türkiyə Futbol Federasiyasından verilən məlumata görə, "Borussiya Dortmund" - "Şalke 04" matçından sonra edilən yoxlamalar zamanı ayağında sümük şişi aşkarlanan Salih Özcan heyətdən çıxarılıb. Bu futbolçunun yerinə "MKE Ankaragücü"ndən Tolqa Ciğerci və "Fənərbağça"dan İsmayıl Yüksək namizəd heyətə daxil edilib. “Aypara Ulduzları” sentyabrın 22-də İstanbulda Lüksemburq, sentyabrın 25-də isə səfərdə Farer adaları ilə qarşılaşacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə