"Qarabağ""Nant"a böyük hesabla qalib gəldi

"Qarabağ""Nant"a böyük hesabla qalib gəldi

Bu gün Avropa Liqasının qrup mərhələsində 2-ci turun oyunları keçiriləcək.

SİA Qol.az-a istinadən xəbər verir ki, Azərbaycan təmsilçisi “Qarabağ” qrupda ilk ev oyununa çıxıb.

Qurban Qurbanovun komandası Fransa “Nant”ını qəbul edir.

İlk turda Almaniyada “Frayburq”a uduzan (1:2) Ağdam klubu qrupda ilk xallarını qazanmağa çalışacaq.

Qrupun digər oyununda “Olimpiakos” Yunanıstanda “Frayburq”u qəbul edəcək.

15 sentyabr

Avropa Liqası

Qrup mərhələsi, 2-ci tur

20:45. “Qarabağ” (Azərbaycan) – “Nant” (Fransa) - 3:0

Qol: Ovusu Kvabena, 59, Abduallah Zubir, 65, Marko Yankoviç, 72
Baş hakim: Enea Jorgji (Albaniya)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

20:45.“Olimpiakos” (Yunanıstan) – “Frayburq” (Almaniya) – 0:3
Qollar
: Hofler, 5, Qreqorits, 25, 53

Xal durumu: "Frayburq" (Almaniya) - 6, "Qarabağ" (Azərbaycan) - 3, "Nant" (Fransa) - 3, "Olimpiakos" (Yunanıstan) - 0.

Bütün xəbərlər Facebook səhifəmizdə