Dağıstanın “Dərbənd” həvəskar klubunun futbolçuları hakimə hücum edib, onu döyüblər.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Mash Gor Telegram kanalı məlumat yayıb.
Hadisə sentyabrın 7-də Rusiyada çempionatın üçüncü divizionunda çıxış edən Dağıstan komandasının Həştərxanla qarşılaşması başa çatdıqdan sonra baş verib. Döyülmədə 6 nəfər iştirak edib. Hakimin yumruq və təpiklə vurulduğu da dəqiqləşdirilib. Amma onun vəziyyəti barədə məlumat verilmir.
Hadisəyə səbəb baş hakimin matçın sonunda dərbəndli futbolçulardan birini meydandan kənarlaşdırmaq qərarı olub. Qeyd edək ki, oyunda Həştərxan minimal hesabla qalib gəlib.
Yeri gəlmişkən, bu il yunun 14-də futbol hakimi Xose Arnoldo Amaya i El Salvadorun həvəskarlar liqasında keçirilən oyun zamanı döyülərək öldürülüb.
Səbəb, yenə də oyunçunun meydandan çıxarılması olub.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB