"Səbail" klubu heyətini yeni transferlə gücləndirib

"Səbail" klubu heyətini yeni transferlə gücləndirib

Bakının "Səbail" klubu heyətini yeni futbolçu ilə gücləndirib. SİA klubun rəsmi saytına istinadla xəbər verir ki, Bakı təmsilçisi "Neftçi"nin müdafiəçisi Nihad Qurbanlını transfer edib.

İyirmi bir yaşlı oyunçu ilə 2022/2023-cü il mövsümünün sonunadək müqavilə imzalanıb.

Qeyd edək ki, N.Qurbanlı Azərbaycanın U-21 yığmasının da üzvüdür.

Bütün xəbərlər Facebook səhifəmizdə