Türkiyənin kişilərdən ibarət Voleybol komandası 2022 FIVB Dünya Çempionatının son 16 turunda ABŞ-a 3-2 hesabı ilə məğlub olub. SİA xəbər verir ki, Polşanın Qlivitse şəhərində keçirilən və kifayət qədər gərgin keçən qarşılaşmada 2-0 geri düşsələr də, 2-2 hesabı ilə qalib gələn ay-ulduzlular son setdə rəqibinin 15-12 hesablı qələbə qazanmasına mane ola bilməyib. Bu nəticə ilə yığma 1/4 final vəsiqəsini rəqibinə uduzaraq çempionluqla vidalaşıb. 1998-ci ildən sonra ilk dəfə Sloveniya və Polşanın birgə təşkil etdiyi dünya çempionatına qatılan milli komanda son 16 turda qalaraq 2024-cü il Paris Olimpiya Oyunlarının seçmə mərhələsində oynamaq hüququ qazanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB