İbrahimoviçin oğulları da "Milan"da

"Milan”ın futbolçusu Zlatan İbrahimoviçin oğulları İtaliya klubunun gənclərdən ibarət komandalarında çıxış edəcək.

SİA Qol.az-a istinadən xəbər verir ki, sveçli hücumçunun 15 yaşlı oğlu Maksimilyanın 17 yaşadək futbolçulardan ibarət "Milan"da, 14 yaşlı Vinsent isə İtaliya klubunun 15 yaşadək futbolçulardan ibarət komandasında çıxış edəcək.

Qeyd edək ki, İbrahimoviç 2020-ci ilin yanvarında "Milan"a qayıdıb.

Bütün xəbərlər Facebook səhifəmizdə