"Bu gün bizdən daha yaxşı komandaya uduzduq"

Macarıstan "Ferentsvaroş"unun prezidenti Qabor Kubatov Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində evdə "Qarabağ"a 1:3 hesabı ilə uduzduqları oyundan sonra fikirlərini bildirib.

SİA Qol.az-a istinadən xəbər verir ki, o, özünün "Feysbuk" səhifəsində matçla bağlı yazıb: "Bu gün bizdən daha yaxşı komandaya uduzduq. Gələn həftə yaxşılaşacağıq. Həmişə mübarizə apar, heç vaxt təslim olma!".

Qeyd edək ki, "Ferentsvaroş" iki oyunun nəticəsinə əsasən "Qarabağ"a uduzaraq (1:1, 1:3) ÇL-də mübarizəni dayandırıb. Macarıstan təmsilçisi Avroliqanın pley-offunda iştirakına davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə