"Komandalara maddi cəhətdən kömək etmək lazımdır" - SABİQ BAŞ MƏŞQÇİ AÇIQLADI

“Futbolda hər şey müəyyən boşluqdan aslıdır. “Qarabağ”ın uğuru legionerlərin, uğurlu bir komandanın və baş məşqçinin birlikdə olmasından irəli gəlir. Çünki onlar 15 ilə yaxın bir müddətdir ki, bir yerdədilər”. Bu fikirləri SİA-ya açıqlamasında “Neftçi”nin sabiq baş məşqçisi Tərlan Əhmədov deyib.

Baş məşqçinin sözlərinə görə, məhz bu səbəbdən də bütün səlahiyyətlər Qurban Qurbanovdadır və istədiyi bütün transferləri edərək davamlı uğurlu çıxışlar edirlər: “6 il davamlı olaraq Qurban Qurbanov uğur qazan bilməyib və 7-ci ildə uğura imza atıblar. İstər çempionluq, istərsə də Avro Liqanın qrupuna düşmək baxımından komanda uğurlu şəkildə çıxış edir. Komandanın maddi bazasının olması, komandanın baş məşqçiyə dəstəyi, həmçinin baş məşqçinin də öz fəlsəfəsi ilə komandanı yığmasıdır. Təbii ki, baş məşqçi yığdığı komandanın da əsasını saxlayaraq yeni transferləri uğurlu şəkildə həyata keçirməlidir. 1992-ci ildə futbolda olan boşluqlar indiyənə kimi davam edir. İllərdir yerli gənc mütəxəssislərə və futbolçulara dəyər verilmir. Bir müddət yerli nəsillərə üstünlük verilsə də, klublar özlərində futbolçu yetişdirmək əvəzinə digər klubların gənc idmançılarına üstünlük verirdilər. "Azal"da işlədiyim zaman AFFA-nın məşqçilər komitəsinə təklif vermişdik ki, 21 yaşına qədər futbolçuya limit qoyulursa o zaman hər bir klub öz futboçusunu yetişdirərkən ondan istifadə etsin, artıq gedib başqa klubun 21 yaşa qədər futbolçusunu transfer eləməsin. Bunu deməkdə əsas məqsədimiz o idi ki, əsas heyətin məşqçiləri öz akademiyasına üstünlük verəcək və məşqçilər də akademiyada öz futbolçusuna üstünlük verəcəkdi. Lakin bu lahiyə bəzilərinə sərf etmədiyi üçün həyata keçirilmədi. Yaranan boşluqdan da istifadə edib, güclü gənc futbolçuları digər komandalardan transfer edirdilər. Bu baxımdan 19 və 21 yaşlı futbolçuları tapmaqda qıtlığ əmələ gəlmişdi. Bunun da müqabilində artıq xaricdən oyunçular gətirilərək milliləşməyə başladı. Məhz bu da futbolda böyük bir boşluğun yaranmasına səbəb oldu. Təbii ki, bu boşluqları heç kim doldura bilmədi. Həmçinin klubların akademiyalarında məşqçi savadsızlığı var. Məşqçilərin əmək haqları da aşağı olduğu üçün valdeyinlərdən əlavə pull alırlar və artıq burada seçim yaranır. Bu da dəyərli və istedadlı futbolçuların üzə çıxmaması ilə nəticələnir.

Bizim 17, 19, 21 yaşlı futbolçuları belə transfer edib milliləşdirirlər. Klububların maddi vəsaitləri azlıq təşkil edir həmçinin klubların məşq etmək üçün stadionları yoxdur. Azərbaycanda “Qələbə” komandasının öz futbol meydançası var. Hətta üstü bağlı meydançaları var ki, qış mövsümü olduğu zaman rahat şəkildə məşq etsinlər. Yəni infrasturuktur bir dənə “Qəbələ” komandasında var. Bəzi klublar isə icraiyyə hesabına meydança götürüb məşqlər edirlər. Rəhbərliklər idmanın inkişafını istəyirlərsə komandalara maddi cəhətdən kömək etmək lazımdır. Keçirilən aşağı yaş klublarının çempionatında da boşluqlar var. Klublara əncnəbi kuratorlar gətirirlər. O, şəxsləri gətirib külli miqdarda pullar verilir. Mən dəfələrlə qeyd etmişəm ki, onların 2 aylıq əmək haqqısına verilən pullar öz yerli veteran futbolçularımızı xaricə aparmaq üçün təlimlər keçməsinə sərf edilsə həmin məşqçilərdə topladığı təcrübəsi ilə futbola böyük bir töhfə ver bilər”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə