"Zirə" bu gün Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Makkabi" (Tel-Əviv, İsrail) ilə ilk matçına çıxıb.
SİA Qol.az-a istinadən xəbər verir ki, "Dalğa Arena"da oynanılan görüş qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Bu matç "Zirə"nın çalışdırıcısı Rəşad Sadıqovun klub baş məşqçisi kimi avrokuboklarda debüt oyunu olub.
Komandalar arasında cavab matçı bir həftə sonra Təl-Əvivdə olacaq.
Qeyd edək ki, bu cütün qalibi 3-cü təsnifat mərhələsində “Qomel” (Belarus) - “Aris” (Yunanıstan) cütünün güclüsü ilə qarşılaşacaq.
Konfrans Liqası, 2-ci təsnifat mərhələsi
İlk oyun
20:00. "Zirə" (Azərbaycan) - "Makkabi" (Tel-Əviv, İsrail) - 0:3
Qol: Qavriel Kaniçovski, 18, Gorge Yovanoviç, 22, 54
Hakimlər: Rob Hennessi, Emmett Dynan, Dermot Broughto, Oliver Moran (İrlandiya)
"Dalğa Arena"
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB