Yeni mövsümdə transfer əməliyyatını davam etdirən "Fənərbaxça" ilə bağlı iddia ortaya atılıb. SİA-nın "Aspor"a istinadən məlumatına görə, "Sarı-göylər" Xorxe Xesusun istəyi ilə hücumçu axtardığı ərəfədə, İspaniya mətbuatında diqqət çəkən xəbərlər yer alıb.
Xəbərə görə, dünyaca məşhur hücumçu Edinson Kavani "Fənərbaxça"ya transfer olunmağa çox yaxın olduğu vaxtlarda o "Villarreal"ın baş məşqçisi Unay Emeri ilə anlaşıb.
Uruqvaylı hücumçu daha əvvəl də PSJ-də Unay Emeri ilə çalışıb.
İspaniya komandasının Pako Alkaserlə müqavilə imzaladıqdan sonra Kavaninin transferini də açıqlayacağı gözlənilir.
Xatırladaq ki, Edinson Kavani ötən mövsümü "Mançester Yunayted"də keçirən Kavani 20 matçda iştirak edib.
Kavani 20 oyunda 2 qol və 1 məhsuldar ötürmə ilə çıxış edib.
Edinson Kavaninin hazırkı bazar dəyəri 4 milyon avro olaraq müəyyən edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB