"Qarabağ” bu gün UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində ilk oyununu keçirəcək.
SİA Matç.az-a istinadən xəbər verir ki, Ağdam klubu Tofiq Bəhramov adına Respubluka stadionunda İsveçrənin “Sürix” komandası ilə qarşılaşacaq.
ÇL-in 1-ci təsnifat mərhələsində Polşa “Lex”ini mubarizədən kənarlaşdıran Qurban Qurbanovun komandası turnirdə yoluna davam etmək üçün “Sürix”lə görüşlərdə də uğurlu nəticəyə imza atmalıdır. Bunun üçün isə Bakıdakı ilk oyunda rəqib üzərində üstünlük qazanmaq vacibdir.
Bu komandalar arasındakı cavab matçı iyulun 27-də İsverçədə keçiriləcək.
UEFA Çempionlar Liqası
2-ci təsnifat mərhələsinin ilk oyunu
19 iyul
20:00. Qarabağ – Sürix (İsveçrə)
Hakimlər: İrfan Pelto, Senad İbrisimbeqoviç, Davor Belyo, Miloş Giqoviç (hamısı Bosniya və Herseqovina).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB