“Sampdoriya”dan 39 yaşlı forvardla yeni müqavilə

“Sampdoriya”dan 39 yaşlı forvardla yeni müqavilə

İtaliyanın "Sampdoriya" klubu hücumçusu Fabio Kvalyarella ilə müqaviləsinin müddətini uzadıb.

SİA Matç.az-a istinadən xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

39 yaşlı futbolçusu ilə 1 illik yeni müqavilə imzalanıb.

Xatırladaq ki, Kvalyarella 2016-cı ildən “Sampdoriya”da çıxış edir.

Bütün xəbərlər Facebook səhifəmizdə