UEFA "Şerif"in ev oyununu öz meydanında keçirməsinə qadağa qoyub

UEFA Moldovanın “Şerif” klubuna Çempionlar Liqasının I təsnifat mərhələsində Bosniya və Herseqovinanın "Zrinski" komandası ilə ev oyununu Dnestryanı ərazi hüdudlarında keçirməyi qadağan edib. SİA xəbər verir ki, Tiraspol təmsilçisinə qadağa qüvvədə qalacağı müddətdə rəqiblərini qəbul etmək üçün alternativ stadion tapması təklif olunub. "Şerif" "Zrinski" ilə iyulun 13-də öz meydanında üz-üzə gəlməlidir.

UEFA belə bir qərarı regiondakı vəziyyətlə əlaqədar qəbul edib.

Qeyd edək ki, Tiraspol şəhəri müharibənin davam etdiyi Ukrayna ilə sərhəddə yerləşir.

Bütün xəbərlər Facebook səhifəmizdə