Beynəlxalq Atıcılıq Federasiyasının (ISSF) Türkiyənin Konya şəhərində keçirilən Qran-Pri yarışında komandamız ilk uğurunu əldə edib.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, stend atıcılığının səngər növü üzrə qarışıq komanda yarışında Əli Hüseynli və Alina Rəfixanova bürünc medal qazanıblar.
Qeyd edək ki, Konya Qran-Prisi iyunun 13-də başlayıb. Ölkəmizi yarışda 14 idmançı təmsil edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB